Acqarına 150 jelibon yedi, görün nə oldu?



 19:29 20.10.2022     1076

Jelibon və jelibon kimi yumşaq şəkərlər iri buynuzlu heyvanların ətdən təmizlənən, yararsız sümüklərinin uzun müddət qaynadılıb helim kimi maddə halına salınmasından yaranır. Helim sonra soyudulur, yapışqan maddəyə də şəkərlər və dadlandırıcılar qatılır, forma verilir. 

Ağlınıza gəlməsin ki, jelibonlar heyvan sümüklərindən hazırlanırsa, zərərsizdir... Öncə, bu sümüklər yük maşınlarında gətirilir, yerə boşaldılır. Saxlandıqları yerin gigiyenik olub-olmaması da bir ayrı problemdi. Bəlkə bu sümüklərə heyanların dırnaqları da qarışır, kim bilir? Jelibonların necə və hansı şəkildə istehsal edildiyi də tam mənasilə müəmmalıdır. Deyilənə görə, donuz yağı və balıq dəriləri də qatılır. Ona görə də uşaq üçün çox yemək zərərlidir. 

Yaxın illərdə ABŞ gündəmini TJ adlı  14 yaşlı bir uşağın başına gələnlər zəbt etdi.  TJ-in  içki düşkünü olan atası ailəsini lap erkən, uşağın iki-üç yaşında olanda tərk edib. Sonradan ana  oğlunu da götürüb ABŞ-a köçüb. Düzdü, TJ də, anası da ingilis dilini əla bilib, yenə də yad ölkəyə uyğunlaşmağa çətinlik çəkiblər. Buna görə də 14 yaşlı TJ özünə qapanıb, gününü televizor qarşısında jelibon yeyə-yeyə keçirib. 

Həmişə sevdiyi jelibonlardan, təxminən, 30-40 ədəd yeyərmiş. Bir gün anası ona şüşədə olan jelibonlardan alır. TJ jelibonun dadında azca fərqlilik hiss etsə də, sonradan ona da öyrəşir. Heç kim nə anaya, nə də TJ-ə başa salmır ki, şüşədə satılan jelibonlar vitaminlərlə zənginləşdirilib. Təbii ki, gün ərzində bir oturuma bir ovuc vitamin yemək zərərlidir.  Yavaş-yavaş uşağın qarnı şişməyə başlayır. Ana bunu uşağın azca kökəlməyinə yozur. Üstəlik, ABŞ-da köklüyün geniş yayılmasını düşünür. Elə bilir ki, uşağın kökəlməyinə səbəb ABŞ qidalarıdı. 

Bir gün də TJ səhər acqarına fərqində olmadan 150 jelibon yeyir. Az sonra anasına  qarnının, mədəsinin ağrıdığını, sidiyə gedə bilməməsini deyir. Ana onun qolundan tutub tualetə aparmaq istəyir. Bu zaman TJ-in qolu qırılır. Çarəsiz ana təcili yardım çağırır. Xəstəxanaya çatdırılan uşaq az sonra komaya düşür. Həkimlər onun vəziyyətindən baş aça bilmirlər. Uşağı çoxsaylı müayinələrdən keçirirlər, qan və sidik analizi götürürlər. Məlum olur ki, TJ-in  sümükləri zəifləyib, dərisi quruyub, dırnaqları solğunlaşıb. Sən demə, daim jelibon yeyən uşağın qaraciyəri zərər görüb, şişməyə başlayıb. Jelibonun tərkibindəki dadlandırıcılar və şəkər də sümüklərin əriməsinə səbəb olub.  Üstəlik, jelibon qanda şəkərin miqdarını artırıb və uşağın orqanizmində maddələr mübadiləsini pozub.  Beləcə, TJ-in orqanizmi D vitamini əskikliyi çəkib. 

Həkimlər uşağı xilas etməyin yollarını axtardığı vaxt TJ ölür... Bu hadisə mütəxəssisləri düşünməyə məcbur edir.  Onların fikrincə, bu hadisə analar üçün ibrət dərsi olmalıdır. Onlar uşaqlarının nə yediyinə diqqət ayırmalıdırlar. Üstəlik, çalışmalıdırlar ki,  tərkibində müxtəlif dadlandırıcılar və başqa qatqı maddələri olan qidalardan uşaqlarına bacardıqca az versinlər. Bu gün müxtəlif formada, müxtəlif dadda satılan jelibonları isə uşağa olduqca az, nizamlı şəkildə vermək lazımdır ki,  onun  sağlamlığına zərər vurmasın.  

Bahadur Seyidov / Demedia.az