Bakı yeni ilə qədər Paşinyanın sülh müqaviləsinə imza atmasını istəyir - Politoloq



 14:28 20.10.2022     584

Milli Şuranın oktyabrın 24-nə sosial bazasının olmadığına baxmayaraq mitinq təyin etməsi bir daha şəbəkənin hansı dairələrə işlədiyini göstərir.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədova deyib.

O bildirib ki, hazırda az qala Qərbin bütün parlamentlərində Cənubi Qafqazda baş verənlər müzakirə edildiyi bir vaxtda Milli Şuranın bilərəkdən mitinq təyin etməsi Azərbaycan və Qarabağ ətrafında məsələlərdə cəmiyyətimizə arxadan vurulan zərbədir:

"Rəsmi Bakı yeni ilə qədər Paşinyanın sülh müqaviləsinə imza atmasını istəyir, müxtəlif istiqamətlərdən Ermənistanı dalana sığışdırıb. Nəticə etibarilə, bu gün Qarabağ deyil, Qərbi Zəngəzur ərazilərinin gələcəyi dünya birliyində müzakirə predmetidir . Belə bir vaxtda, daxildə sabitliyi pozmağa yönələn, milli birliyi sarsıtmaq məqsədi güdən, separatçılara və erməni diasporasına Azərbaycanı ləkələmək üçün bəhanə verəcək addımların atılması yolverilməzdir.

Ayrı - ayrı beynəlxalq aktorların tör - töküntüləri öz məqsədlərinə çatmayacaqlar".

Xəyalə Məmmədova / Demedia.az