Ermənistan yenidən təxribatlara əl atacaq - Politoloq açıqladı
Ermənistan Azərbaycanla sərhəddə artilleriya, piyada döyüş maşınları və şəxsi heyəti durmadan artırır. Müharibənin bitməsindən iki il keçməsinə və imzalanan razılaşmalara baxmayaraq Yerevan sülh müqaviləsinin bağlanmasında və razılaşmaların yerinə yetirilməsində maraqlı deyil.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədulazadə deyib.
O bildirib ki, N. Paşinyan artıq Avropa İttifaqının mülki müşahidə missiyasının ölkəsinə gətirilməsinə nail oldu:
"Bu, Ermənistan Rusiya əlaqələrini zəiflətmək də Azərbaycan üçün müəyyən qədər müsbət perspektivi yoxdur. Ermənistan Baş naziri imzalanan sənədlərla vaxt qazanaraq Hindistandan və Sloveniyada yeni silahlar tədarükü istiqamətində işlər aparır. Bu, onu göstərir ki, yaxın perspektivdə Ermənistan yenidən təxribatlara əl atacaq.
Ermənistanın əsas plani Azərbaycanın möhkəmləndiyi ərazilərdən çıxarılmasıdır. Burada Ermənistan Avropa mülki müşahidə missiyasının arxasında gizlənəcək. Ermənistana vaxt tanımaq olmaz və mümkün qədər Qarabağda silahli erməni birləşmələrinə və sərhəddə cəmləşməyə zərbələr endirilməlidir. Ermənistanı sülhə deyil, Azərbaycanla münaqişəyə cəlb edib, yeni geosiyasi şərtlər əldə etmək istəyən Qərbin bir neçə dövləti var. Ermənistan Zəngəzur dəhlizini açmır, ərazisindən praktiki Naxçıvana yol vermir. Qarabağdan silahlı qüvvələrini çıxarmır. Necə bizim ərazi bütövlüyümüzü tanıyır ki, silahlı qüvvələri ərazilərmizdə qalmaqdadır.
Ona görə də Ermənistanın siyasi davranışlarinda sülh deyil, yeni müharibəyə hazırlaşmaq aydın görünür.
Qeyd edim ki, N. Paşinyan V.Putinin üçtərəfli görüşündən imtina etdi. Göründüyü kimi Ermənistan yeni müharibəyə hazırlaşır".
Xəyalə Məmmədova / Demedia.az