60 avtomobil toqquşdu - DƏHŞƏTLİ QƏZADAN GÖRÜNTÜLƏR



 22:02 20.10.2022     693

ABŞ-ın Oreqon ştatında qatı duman səbəbindən 60-a yaxın avtomobil bir-biri ilə toqquşub.

Demedia.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Dövlətlərarası yolun cənub hissəsində 20-dən çox yük maşını da daxil olmaqla 60-a yaxın avtomobil toqquşub. Oreqon ştatının polisindən verilən açıqlamada qəzada bir nəfərin öldüyü bildirilib. Yol bir müddət nəqliyyata bağlı olarkən, sürücülərdən alternativ yollara üz tutmaları istənilib.

Aysun / Demedia.az