Cənubi Koreyadan Pxenyana etiraz
Cənubi Koreya Pxenyanın yarımada sahillərinə top atışları həyata keçirməsinə etiraz edib.
Demedia.az xəbər verir ki, Şimali Koreya 250 top mərmisi atıb. Lakin sərhəd pozulmayıb. Mərmilər Şimali Koreya sularına düşüb. Seul bəyan edib ki, Pxenyan təxribatları ilə yarımadada gərginliyi artırır. Bildirilib ki, belə təxribatlar sabitliyə xələl gətirir.
Qeyd edək ki, Şimali Koreya təkcə bu il 27 raket testi həyata keçirib. Raket testlərinin əksəriyyəti son 2 aya təsadüf edib.
Bahadur Seyidov