Ukrayna limanlarından daha 6 taxıl gəmisi hərəkətə başlayıb
Ukrayna limanlarından daha 6 taxıl gəmisi hərəkətə başlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, taxılın ixrac proseduru plan üzrə gedir. Məlumata görə, taxıl ixracı ilə bağlı saziş imzalanandan sonra 354 gəmi Ukrayna limanlarından dünya bazarına taxıl daşıyıb. Buna qədər, 7 milyon 860 min taxılın daşındığı bildirilib.
Qeyd edək ki, BMT, Türkiyə, Ukrayna və Rusiya İstanbulda taxıl sazişi imzalayıb. Taxıl sazişinin şərtlərinə görə, buğdanın Ukrayna limanlarından təhlükəsiz şəkildə daşınması üçün dəhliz yaradılıb.
Bahadur Seyidov