NATO-dan Rusiyaya xəbərdarlıq
“Rusiya Ukraynada nüvə silahı tətbiq edərsə, ciddi qarşılıq alacaq”.
Demedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib. O bildirib ki, Ukraynada nüvə silahından istifadə edilməsi barədə təhlükə çox deyil. Bununla belə, təhdidləri ciddi qəbul etmək lazımdır.
“Bunu Rusiyaya açıq formada bəyan etmişik ki, Ukraynada nüvə silahından istifadənin ciddi nəticələri olacaq. Sonra da Rusiyaya nüvə müharibəsinin qalibinin olmayacağını və başladılmamasını xatırladırıq. Nüvə ritorikası Moskvadan və Putindən gəlir. Bu düşüncəsiz və təhlükəlidir” - NATO lideri deyib.
Bahadur Seyidov