İran Rusiyaya PUA tədarük etdiyi barədə xəbərləri rədd etdi



 17:12 20.10.2022     314

İranın xaric işlər nazirliyinin sözçsü Nasır Kenani Rusiyanın Ukraynada İran dronlarından istifadə etməsi barədə iddiaları rədd edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, iddiaların əsası yoxdur və İran bunu müzakirə etmək üçün Ukrayna ilə danışıqlara başlamağa hazırdır. Sözçünün məlumatına görə, İran Rusiyaya silah tədarük etməyib. Onun iddiasına görə, belə məlumatları İrana qarşı olan ölkələrin mediaları ortaya atıb.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi ölkələri Rusiyanın İrandan aldığı kamikadze dronlarla Ukraynada mülki obyektləri hədəfə aldığını irəli sürüb.

Bahadur Seyidov