Estoniya müdəfiə xərclərinin üçdə biri miqdarında Ukraynaya dəstək verib



 14:52 20.10.2022     343

Estoniya müdəfiə xərclərinin üçdə biri miqdarında Ukraynaya dəstək verib.

Demedia.az xəbər verir ki, Estoniyanın Müdafiə Naziri Hanno Pevkur belə açıqlama verib. O bildirib ki, müharibəyə təkcə Rusiya-Ukrayna qarşıdurması kimi baxmaq düzgün deyil. Müdafiə naziri bu savaşı azadlıq müharibəsi adlandırıb. Müdafiə naziri həmçinin ABŞ-ın Estoniyada hərbi varlığını artıracağını ifadə edib.

Qeyd edək ki, Böyük Britaniyanın Estoniyaya hərbçi göndərməsi gündəmdədir. London bununla Estoniya torpaqlarının qoruyacağına dair mesaj vermək istəyir.

Bahadur Seyidov