Baydendən OPEC-ə qarşı həmlə
ABŞ srateji neft ehtiyatlarının 15 milyon barrelini istifadəyə verəcək.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Bildirilir ki, məqsəd neftin qiymətinin artımına mane olmaqdır. Bəzi dairələr hesab edir ki, neftin qiymətinin artması Rusiyanın maraqlarına xidmət edir. Məlumata görə, Prezident Co Bayden strateji neft ehtiyatlarından əlavə olaraq satışa çıxarılmasına hazır olmaq üçün müvafiq dairələrə tapşırıq verib.
Qeyd edək ki, OPEC+ ölkələrinin neft hasilatının gündəlik 2 milyon barrel azaltması ABŞ-ın etirazına səbəb olub. OPEC+ ölkələri bildirib ki, qərar neft bazarında sabitliyi təmin etmək üçün qəbul edilib.
Bahadur Seyidov