Dünya İraqdakı bu tapıntıdan danışır: 2700 il öncə...



 21:04 20.10.2022     929

2016-cı ildə DEAŞ yaraqlılarının Mosuldakı qədim Maski Qapısına vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirən ABŞ və İraq arxeoloqlarından ibarət qrup möhtəşəm Assuriya relyeflərini aşkar edib.

Demedia.az xəbər verir ki, İraqda bir çox mühüm qədim şəhərlərin, o cümlədən Babilin xarabalıqları var. 

Bununla belə, müharibə və münaqişə illərində bir çox arxeoloji obyektlər talan edilmiş və atəş altında zədələnmişdir.

Tapılan səkkiz mərmər relyefdə müharibə səhnələri, üzüm bağları və xurma ağacları məharətlə təsvir edilmişdir.
İraq Qədim Əsərlər və Tarixi İrs Agentliyinin rəhbəri Fadıl Muhammed Hodrın fransızlara verdiyi məlumata görə, qaya relyefləri eramızdan əvvəl 705-681-ci illər arasında qədim Ninova şəhərini idarə edən Assuriya kralı Sanheribin hakimiyyəti dövrünə aiddir. 

Maski qapısı Ninevanın ən böyük qapılarından biridir və şəhərin gücünü və əzəmətini simvolizə edir.

1970-ci illərdə bərpa edilən darvaza 2016-cı ildə əraziyə girən İŞİD silahlıları tərəfindən buldozerlərlə dağıdılıb.

DEAŞ bütpərəstliyin simvolu olaraq İslamdan əvvəlki dövrlərə aid bir çox tarixi qalıqları dağıdıb talan edib.

İraq Qədim Əsərlər və Tarixi İrs Qurumunun rəhbəri Hodr, Maski Qapısında mərmər plitələrin yarı basdırılmış vəziyyətdə tapıldığını, yerin üstündəki hissələrin yüzlərlə il ərzində ətraf mühit şəraiti tərəfindən silindiyini və məhv edildiyini, ancaq qalan hissələrin hələ də qaldığını söyləyib. 

İraqın Mosul Universiteti və ABŞ-ın Pensilvaniya Universitetinin arxeoloqlarından ibarət qrup Neynəvanın Maski Qapısını İŞİD-dən əvvəlki söküldüyü kimi bərpa etmək üçün çalışır.

İraqda ümumilikdə 10 mindən çox arxeoloji obyekt var.

Qonşu Suriya da mühüm arxeoloji xəzinələrə ev sahibliyi edir. Onların arasında 2015-ci ildə İŞİD tərəfindən dağıdılan qədim Palmira şəhərindəki böyük Bel məbədi də var.

Lakin İraqdakı arxeoloji abidələri məhv edənlər təkcə İŞİD yaraqlıları, qaçaqmalçılar və talançılar deyildi. ABŞ və müttəfiqlərinin əsgərləri 2003-cü ildə İraqın işğalı zamanı hərbi düşərgə qurduqları qədim Babil şəhərindəki xarabalıqları da dağıdıblar.
2009-cu ildə BMT-nin mədəniyyət və tarix təşkilatı olan YUNESKO-nun hesabatında ABŞ və müttəfiqlərinin hərbi birləşmələri və muzdlularının qədim Babil şəhərinə "qazma, sökmə, çip-çip və hamarlama işləri apararaq" böyük ziyan vurduğu müəyyən edilib.

Aysun / Demedia.az