Viktor Orban Avropa Birliyinin Rusiya barədə planına qarşı çıxdı



 12:45 21.10.2022     346

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin təbii qazı birgə tədarük etmək barədə planına qarşı çıxıb.

Demedia.az xəbər verir ki, o yazılı açıqlamasında bildirib:“Brüsselin birgə təbii qaz tədarük etmək planı mənə birlikdə peyvənd aldığımız zamanları xatırladır. Yavaş və bahalı. Avropa Şurasının sammitində ciddi müzakirə gözləyirəm. Mənə rus təbii qazının pis olduğunu deyirlər. Rus təbii qazını alma deyirlər. Amma heç kim bizə rus təbii qazını necə əvəz edəcəyimizi demir. İqtisadiyyatımızı idarə etməliyik. Bu qədər sadə”.

Qeyd edək ki, Viktor Orban bundan əvvəl Rusiyaya qarşı tətbiq olunan bir sıra qadağalara qarşı çıxıb.

Bahadur Seyidov