Berluskoninin səs yazısı qalmaqala səbəb oldu
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Ukrayna müharibəsi barəsindəki səs yazısı qalmaqala səbəb olub.
Demedia.az xəbər verir ki, Berluskoni səs yazısında Rusiyanın müharibəyə təhrik edildiyini fikrini irəli sürüb. Berluskoni qeyd edib ki, Vladimir Zelenski iqtidara gələndən sonra Rusiyaya qarşı həmlələr 3 dəfə artıb. “Putin Rusiyada təzyiq görüb. Daha sonra xüsusi əməliyyat həyata keçirmək məcburiyyətində qalıb. Ukraynaya girdi və 3-cü gündən etibarən Qərbdən pul və silah alan Ukraynada gözlənilmədən müqavimətlə üzləşdi” - deyə o səs qeydində bildirib.
Qeyd edək ki, Berluskoni Putin ilə yaxın dost olması ilə bilinən siyasətçidir.
Bahadur Seyidov