Fələstindən etiraz - "Bu bizə müharibə elan etməkdir"



 14:58 21.10.2022     339

“İsrailin Nablsu şəhərini mühasirəyə alması, Əl-Əqsa məscidinə və şəhərlərə basqın təşkil etməsi Fələstin xalqına qarşı müharibə elanıdır”.

Demedia.az xəbər verir ki, Fələstin Prezidentinin sözçüsü Nebil Əbu Rudeyne belə açıqlama verib. O bildirib ki, İsrail məsuliyyətsiz davranışları ilə gərginliyi artırır. Sözçü qeyd edib ki, bu davranışlar Fələstin xalqını qəzəbləndirib.

“Bu siyasət sabitlik gətirməyəcək. Əksinə vəziyyəti daha da gərginləşdirəcək. Fələstin xalqı işğalın davam etməsini qəbul etməyəcək” - deyə  Prezidentinin sözçüsü Nebil Əbu Rudeyne qeyd edib.

Bahadur Seyidov