“İsveç Türkiyənin narahat olduğu məsələlərin həlli üçün səylərini artıracaq”
“İsveç Türkiyənin narahat olduğu məsələlərin həlli üçün səylərini artıracaq”.
Demedia.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson belə açıqlama verib. Onun sözlərinə görə, İsveç NATO-ya üzv olandan sonra da Türkiyənin narahat olduğu məsələləri gündəmdə saxlayacaq.
Qeyd edək ki, Ulf Kristersson Baş nazir seçiləndən dərhal sonra NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdən sonra o, açıqlaması zamanı 28 ölkənin İsveçin NATO-ya üzv olması barədə sənədi təsdiqlədiyini ifadə edib. Xatırladaq ki, Türkiyə İsveçin NATO-ya üzv olmasını təsdiq etmək üçün şərtlər irəli sürüb. Türkiyə İsveçdən PKK terrorçularına dəstəyi dayandırmağı tələb edir.
Bahadur Seyidov