"Ərdoğanın səfəri İranın hərbi təlimlərini sıfıra endirdi"



 16:40 21.10.2022     491

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanda hava limanınin açılışında iştirakı, Cəbrayıla səfəri İranın hərbi təlimlərini sıfıra endirdi.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycana qarşı İran, Fransa kordinasiyalı çalışır və Ermənistana siyasi dəstək verməklə regionda sülhün əldə olunmamasını istəyirlər:

"Türkiyə prezidenti bununla iki tərəfə mesaj verdi. Azərbaycana təzyiq mümkün olmayacaq. Qeyd edim ki, Türkiyə prezidenti həssas bir dönəmdə Azərbaycana gələrək daima yanımızda olduğunu nümayiş etdirir".

Xəyalə Məmmədova / Demedia.az