İranın Rusiyaya PUA tədarük etdiyinə dair dəqiq kəşfiyyat məlumatları var - Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq İranın Rusiyaya PUA tədarük etdiyinə dair dəqiq kəşfiyyat məlumatları əldə etdiklərini ifadə edib.
Demedia.az xəbər verir ki, məlumatların detallarını açıqlamayacağını deyən NATO lideri, bütün detalların İranın Rusiyaya silah tədarükünü sübut etdiyini bəyan edib. Stoltenberq İrana Rusiyaya PUA və raket satmaması üçün çağırış edıb. Onun sözlərinə görə, Qərb ölkələri Ukraynaya müasair hava hücumundan müdafiə silahları verməyi nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ Rusiyaya silah tədarük etdiyinə görə, irana qarşı sanksiyaları nəzərdən keçirir. Avropa Birliyi İrana qarşı sanksiya tətbiq edib.
Bahadur Seyidov