Şimali Koreyaya çağırış - Sazişə əməl et



 16:12 21.10.2022     307

Cənubi Koreya Pxenyanı 2018-ci ildə imzalanan sazişə əməl etməyə çağırıb.

Demedia.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Nazirliyindən bildirilib ki, iki ölkə 2018-ci ildə hərbi gərginliyi azaltmaq barədə müqavilə imzalayıb. Sənəddə qeyd edilir ki, tərəflər sərhəddə gərginliyi azaltmaq üçün tədbirlərin həyata keçirilməsini qəbul edib. Açıqlamada bildirilir ki, müqaviləyə baxmayaraq, Şimali Koreya gərginliyi artıracaq hərbi davranışlar sərgiləyir. 

Qeyd edək ki, Şimali Koreya sərhəddə top atışları həyata keçirir. Həmçinin Pxenyan ardıcıl ballistik raket testləri təşkil edir.

Bahadur Seyidov