Müalicəsi olmayan XƏSTƏLİK: 2 yaşından əvvəl başlayır və...



 20:03 21.10.2022     764

Həm kişilərdə, həm də qadınlarda görülən, yayılmasında etnik, irqi, coğrafi və mədəni iqtisadi fərqləri olmayan bir xəstəlik - Alexander.

Demedia.az xəbər verir ki, bu, çox ölümcül bir xəstəlikdir.

Nadir sinir sistemi pozğunluğu olan Alexander xəstəliyi, mərkəzi sinir sisteminin orta beyinlərini və beyinciklərini təsir edən genetik xəstəlikdir. Normalda sinir lifləri miyelin adlanan yağlı təbəqə ilə örtülür. Miyelin sinir liflərini qoruyur və onlara impulsların ötürülməsinə kömək edir.  Alexander xəstəliyində miyelin məhv edilir. Bu o deməkdir ki, sinir impulslarının ötürülməsi və sinir sisteminin funksiyaları pozulur.

Alexander xəstəliyinin əksər halları 2 yaşından əvvəl başlayır və simptomlar zehni və fiziki inkişafda geriləmələr, inkişaf mərhələlərinin itirilməsi, baş ölçüsündə anormal artım və nöbetlərdən ibarətdir. 

Alexander xəstəliyinin yetkinlik yaşına çatmayan forması iki ilə on üç yaş arasında başlayır. 
Alexander xəstəliyinin hələ də xüsusi müalicəsi yoxdur. Mövcud olan spesifik əlamət və simptomlardan asılı olaraq fiziki və əmək terapiyası və nitq terapiyası tövsiyə oluna bilsə də, müalicədə dəstək olmaq ən faydalıdır. Onun yayılması dəqiq məlum deyil, lakin 1949-cu ildə ilk dəfə təsvir olunduğundan bəri təxminən 500 hadisə bildirilib.

Aysun / Demedia.az