Kəskin öskürəyin səbəbi... - Araşdırma



 21:32 24.10.2022     1071

Uşağı olan amma öskürəkdən şikayət etməyən var? Xüsusilə, bu mövsümdə-payızda, havanın bir gün isti, bir gün soyuq olduğu vaxt öskürməyən az uşaq tapılar.  Öskürək də, “öldürmür, amma süründürür” dediyimiz azardı.

Bilmək lazımdır ki, uşaqların öskürmə səbəbi təkcə soyuqdəymə deyil.  Bəzən öskürək xəstəlik yox, sadəcə, simptom da ola bilir. Məsələn, viruslar, allergiya, bakteriyalar  və nəfəsalmadakı çətinliklər də öskürəyə səbəb olur. 

Hava soyuyan zaman evlərdə qızdırıcı radiatorlar quraşdırılır. Otaq havası quruyur və uşaqlar nəfəs almaqda çətinlik çəkir.

Çox vaxt uşaqlar yuxudan öskürəklə ayılır. Ona görə də uşaqların olduğu otağın havasını gün ərzində iki dəfə, hər dəfə də bir saatdan az olmayaraq təmizləmək lazımdır. 

Sərin və ilıq temperaturlu otaqda uşaqlar rahat nəfəs alır və sinəyə yığılan bəlğəm heç vaxt qurumur.  Bəlğəmin qatılığı uşağın qanının qatılığı ilə birbaşa əlaqəlidir.  Uşaqlarda öskürəyin yüngülləşməsi, sinədəki bəlğəmin təmizlənməsi üçün, qanın qatılığını aşağı salmaq lazımdır. Bu məqsədlə uşağın qida rasionuna ballı süd, doşablı ilıq süd və ya moruq, nar kompotu əlavə etmək olar. 

Adətən, valideynlər düşünür ki, öskürən və ya burnu axan uşağı eşiyə çıxarmaq olmaz. Bu düşüncə kökündən yanlışdır. Çünki, tənəffüs yollarında problem yaranan, nəfəs almaqda çətinlik çəkən uşaq mütləq hər gün təmiz havaya çıxmalıdır ki, nəfəs borusundakı hava təmizlənsin. 

Davametmə müddətinə görə öskürək  ya kəskin olur, ya da xroniki. 3 həftəyə qədər sürən öskürək kəskin öskürəkdir

Xroniki öksürək isə 3 həftədən çox çəkir. 

Bəzən öskürək tənəffüs orqanlarının qoruyucusu kimi meydana çıxır.  Uşaqlarda bronxların hiperaktivliyi zamanı uzunmüddətli öskürək müşahidə edilə bilər. 

Əgər uşağınızda öskürək varsa, öncə onun səbəbini tapmağa çalışın. Kəskin öskürəyin səbəbi  çox zaman  virus infeksiyası olur. 

Xroniki öskürəyin səbəbləri sırasında ilk yerləri göyöskürək,  bronxial-astma tutur. Quru öskürəyin öhdəsindən gəlmək çox çətindir. Bəlğəm sinədə uzun müddət qaldığından sərtləşir. Öskürərək bəlğəmi atmaq üçün tənəffüs əzələləri lazımından artıq yüklənir.  Bu zaman yeganə yol dərman vasitəsilə öskürəyi yüngülləşdirmək və bəlğəmi yumşaltmaqdır. 

Öskürəyin müalicəsində dərman preparatlarından istifadəni isə heç vaxt gecikdirmək olmaz. Çoxlarının  gəldiyi qənaətin əksinə olaraq,  6 yaşından aşağı uşaqlar da dərman vasitələrinin köməyilə öskürəkdən xilas olur.  Kiçik yaşlı uşaqlar öskürəyin, xüsusilə də quru öskürəyin öhdəsindən müstəqil şəkildə gələ bilmir. 

Bəlğəmgətirici preparatlar bəlğəmi yumşaldır. Beləcə,öskürək yüngülləşir. Bitki tərkibli bəlğəmgətiricilər  şirin dadan  siroplar şəklində olur. Bu siroplardan biri də GrinTuss pediatrik siropudur. 

5 il davam edən araşdırmalar nəticəsində 4 mindən çox uşaq həkimi bu qənaətə gəlib ki, GrinTuss pediatrik siropunun istifadəsi uşaqlar üçün heç bir təhlükə yaratmır. Əksinə, kiçik yaşlıların öskürəklə mübarizəsində olduqca səmərəlidir. 

Bitki əsaslı molekulyar tərkibə malik olan GrinTuss pediatrik siropu uşaqların nəfəs borularını təmizləyir və müxtəlif növ bakteriyaların aşağı tənəffüs yollarına enməyinə mane olur.  

Aboca şirkətinin apardığı araşdırmalar sayəsində GrinTuss`un öskürək zamanı konkret təsiri və effektivlik dərəcəsi müəyyən edilib. Məlum olub ki,  Grintuss öskürəyin müalicəsində yüksək nəticələr əldə etməyə imkan verir.  Yüksək effektivlik və təhlükəsizlik sayəsində son 5 ildə 12 Avropa ölkəsində  9 milyondan çox Grintuss preparatı  satılıb. 
1 yaşından böyük bütün uşaqlar üçün kəskin və xroniki öskürək, eləcə də, üst tənəffüs yollarının iltihabı zamanı ən yaxşı seçim GrinTuss pediatrik siropudur.  Xoş dada malik GrinTuss pediatrik siropunu gün ərzində 3-4 dəfə, hər dəfə 1 ölçü qaşığı   uşağınıza verə bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az