İran açıq şəkildə Azərbaycana düşmənçilik etdiyini elan edir - Açıqlama
İranın Qafanda konsulluq açması Qərbi Zəngəzurda mövcud olmaq planının tərkib hissəsidir.
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, lakin bunu indi, özü də inşası başa çatmaya binada təcili etməsi Ərdoğanın Şərqi Zəngəzura gəlişindən qaynaqlanır:
"Molla rejimi Bak-Ankara birliyinə Tehran-İrəvan “qardaşlığı” ilə cavab verir.
Alayarımçıq binada “qırmızı lenti” kəsən Abdullahianın verdiyi açıqlamalar bu kontekstdı diqqət çəkir.
- “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Yaşasın Ermənistan, yaşasın İran”;
- “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq”;
Qafandakı baş konsulu Mürtəza Abdin Vəramin də vəzifəsinə başlayan kimi “Azərbaycanın Ermənistan ərazisinə hücumu” iddialarına münasibət bildirib və qeyd edib ki, “İran sərhədlərin dəyişikliyinə müdaxilə edəcək”.
İran açıq şəkildə Azərbaycana düşmənçilik etdiyini elan edir".
Xəyalə Məmmədova / Demedia.az