İran-Ermənistan münasibətlərində MÜƏMMALI MƏQAMLAR
İran-Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar var.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
O müəmmalı məqamları bu şəkildə qeyd edib:
"1. İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir;
2. İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndəliyi olan yeganə ölkədir;
3. İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır;
4. İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb;
5. İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub;
6. Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.
Əlavə olaraq: Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə dünən Tehrana yeni sanksiyalarının tətbiqini razılaşdırıb".
Xəyalə Məmmədova / Demedia.az