Azərbaycan İrana qarşı iqtisadi sanksiyalara qoşulmalıdır - Politoloq
Bakıda Güney Azərbaycan mühacirət hökuməti təsis edilməsi üçün xaricdə yaşayan güneyli fəalları ölkəyə dəvət etmək lazımdır.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, həmçinin Güney Azərbaycanda soydaşlarımıza işgəncələr qarşı Bakıda komitə təsis edilsin:
" Artıq Azərbaycan İrana qarşı iqtisadi sanksiyalara qoşulmalıdır
İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyini görür. Bunu İran XİN rəhbəri Zəngəzurda qeyd etdi.
İran rejimin İsraili bəhanə etməsi öz anti-Azərbaycan siyasətini pərdələməkdir.199-94 cu il müharibəsində nə İsrail nə də NATO var idi. Heç Türkiyə də yox idi. Amma, İran həmən illərdə Ermənistana ciddi dəstək verdi, Azərbaycanın sərhədləri pozuldu. Tehran rejimi müsəlman təəssübkeşliyi ortaya qoymadi. Məhz Tehranın Fələstin sevgisi də saxtadır.
İran dövlətinin parçalanmasi Bəllucistan və Əhvazda yeni dövlətlərin yaranması gələcək perspektivdə mümkündür. Güney Azərbaycanda Azərbaycanla birləşəcək".
Xəyalə Məmmədova / Demedia.az