Pxenyan Cənubi Koreyanın hərbi gəmisinə xəbərdarlıq atəşi açdı



 14:58 24.10.2022     342

Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik səngimir.

Demedia.az xəbər verir ki, tərəflər bu dəfə dəniz sərhədlərinin pozulması iddiası ilə üz-üzə gəliblər. Cənubi Koreyanın Baş Qərargahından bildirilib ki, Şimali Koreyanın ticarət gəmisi su sərhədini pozduğuna görə ona xəbərdarlıq atəşi açıb. Bu hadisədən sonra isə Şimali Koreya ordusu Cənubi Koreyanın hərbi gəmisinə xəbərdarlıq atəşi açıb. Səbəb isə sərhədin pozulması olub.

Bahadur Seyidov