Britaniyanın yeni baş naziri Rişi Sunak ola bilər



 15:58 24.10.2022     343

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak ola bilər.

Demedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rişi Sunaka Mühafizəkarlar partiyasında böyük etimad var. Bildirilir ki, 100-dən çox millət vəkili Sunakın baş naziri seçilməsi üçün dəstəyini açıqlayıb. Bu dəstəyin açıqlamasından sonra yerli media Sunakın böyük ehtimalla hökumət başçısı vəzifəsinə seçiləcəyini yazır.

Qeyd edək ki, Liz Trass maliyyət problemlərinə görə istefa verib. Liz Trass baş nazir seçilərkən Rişi Sunakla mübarizə aparmışdı.

Bahadur Seyidov