Hindistan 36 peyki kosmosa göndərdi



 16:43 24.10.2022     366

Hindistan mərkəzi Londonda yerləşən “OneWeb” şirkəti üçün 36 peyki kosmosa göndərib.

Demedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, peyklərin məqsədi internet xidmətini yaxşılaşdırmaqdır. Məlumata görə, şirkət peyklərini buna qədər Rusiya raketləri ilə kosmosa göndərirdi. Ukrayna müharibəsindən sonra şirkət Hindistanla əməkdaşlıq etməyə başlayıb. Buna qədər Rusiya “OneWeb” şirkəti üçün yüzlərlə peyk kosmosa göndərmişdi. Şirkətin kosmosda 462 peyki var.

Bahadur Seyidov