Zelenskidən dünyaya çağırış
Dünya ictimaiyyəti Rusiyanın hücumlarına daha sərt reaksiya verməlidir.
Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiya ordusu Ukraynada mülki obyektləri hədəfə alaraq, dinc insanları kütləvi şəkildə məhv edir. Onun sözlərinə görə, Rusiyanın məqsədi Ukrayna xalqını məhv etməkdir. Zelenski bəyan edib ki, Rusiyanın hər hansı yerə müdaxiləsi oranın xarabalığa çevrilməsinə səbəb olur.
Zelenski Ukraynanın fəsadların aradan qaldırılması üçün səylərini davam etdirdiyini ifadə edib.
Bahadur Seyidov