Çavuşoğlu İsveçin yeni XİN rəhbəri ilə danışdı



 18:12 24.10.2022     332

Türkiyənin xarici işlər naziri ilə İsveçin yeni xarici işlər naziri Tobisa Billström arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Madriddə imzalanmış 3-lü memorandumun şərtlərinin yerinə yetirilməsi müzakirə edilib. Telefon söhbəti zamanı Çavuşoğlu həmçinin həmkarını xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, İsveçdə yeni hökumət fəaliyyətə başlayıb.

Bahadur Seyidov