Diri-diri basdırılacaq insan AXTARILIR - Bu ölkədə şok hadisə
Rusiyada hər kəsi dəhşətə gətirəcək elan yayımlanıb.
Demedia.az xəbər verir ki, bir şirkət təxminən 3,5 milyon rubla (1 milyon TL) diri-diri basdırılacaq müştərilər axtarır.
Səlahiyyətlilər iddia edirlər ki, bu xidmət müştərilərinə qorxu və narahatlıqlarını aradan qaldırmağa kömək edir.
Rusiyada diri-diri basdırmağı təcrübədən keçirmək üçün şirkət yaradılıb. Şirkət müştərilərinə 3,5 milyon rubl (təxminən 1 milyon TL) qarşılığında öz dəfn mərasimlərində iştirak etmək və diri-diri basdırılma təcrübəsi təklif edir.
New York Post-da çıxan xəbərə görə, şirkətin qurucusu Yakaterine Preobrazhenskaya bu xidmətin müştərilərinə qorxu və narahatlıqlarının öhdəsindən gəlməyə kömək etdiyini iddia etdi. Şirkət müştərilərinə iki paket təklif edir. "Qorxu və narahatlıq üçün stress terapiyası" adlı onlayn dəfn mərasimi üçün 300 min TL tələb olunur. Müştərilərin bir saat ərzində diri-diri basdırıldığı paketin qiyməti 1 Milyon TL-dir.
Aysun / Demedia.az