Livan parlamenti yenə də prezidenti seçə bilmədi
Livan parlamenti ölkə prezidentini seçmək üçün növbəti dəfə toplanıb.
Demedia.az xəbər verir ki, toplantıya 128 deputatdan 110-u qatılıb. Səsvermədə prezidentliyə namizəd Mişel Muavvad 39, İsam Halife isə 10 səs toplayıb. 61 səs isə etibarsız sayılıb. Bununla da, prezidenti seçmək mümkün olmayıb. Məlumata görə, artıq 4-cü toplantıdır ki, deputatlar prezidenti seçə bilmir. Prezidentin seçilməsi üçün deputatların 2/3-nin səsi lazımdır.
Bahadur Seyidov