İsrail ordusu yenidən Dəməşqi bombaladı



 17:05 24.10.2022     345

İsrail Suriyanın paytaxtı Dəməşqi yenidən bombalayıb.

Demedia.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, Dəməşqdə iki partlayış baş verib. Məlumata görə, İsrail ordusu bəzi obyektləri vurub. Bir neçə raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hücumlar zamanı bir neçə hərbçi yaralanıb.

Qeyd edək ki, İsrail ordusu ötən gecə də Dəməşqi bombalayıb. İddialara görə, hücum zamanı İran PUA-larının olduğu baza vurulub. İran PUA-larının Rusiyaya bu bazadan daşındığı irəli sürülür.

Bahadur Seyidov