Nikotini oranizmdən necə xaric etmək olar? - Araşdırma



 19:34 25.10.2022     704

Siqaret ilə orqanizmə çox sayda zərərli maddə daxil olur. Bunlardan biri də nikotindir. Siqareti tərgidən insanların çoxu növbəti  proses kimi ağciyərlərin təmizlənməsi haqda düşünür. “Nikotini oranizmdən necə xaric etmək olar?” sualının cavabını axtarmağa başlayırlar. 

Nikotin təbiətdə rəngsiz maye halındadır. Amma, “nikotin” deyən kimi ilk ağla gələn kəlmənin siqaret olması təsadüfi deyil. Tütünün tərkibində nikotinin miqdarı çoxdur. Yandığı zaman qəhvəyi rəng alan nikotin siqaret tüstüsü ilə birgə ətrafa yayılmaq qabiliyyətinə də malikdir. 

Mütəmadi olaraq nikotinə məruz qalanlarda da siqaret çəkənlər qədər asılılıq yarana bilir. Siqareti tərgitmək buna görə çətin olur.  Hətta, sonuncu siqareti çəkdikdən üç gün sonra da orqanizmdə nikotinə rast gəlmək mümkündür.  

Nikotin təkbaşına xərçəng xəstəliyinin səbəbi kimi göstərilmir. Ancaq, siqaretin tərkibindəki başqa maddələrlə birləşdikdə ağciyər xərçənginin əsas yaradıcılarından birinə çevrilir. Bundan əlavə, nikotinə məruz qalanlarda tənəffüs yolları iflici  də meydana çıxır. İflicin bu növünün nəinki müalicəsi, diqanozu da çətindir.  

Araşdırmalara görə,  kartof,  yaşıl pomidor və bibər tərkibində nikotin olan tərəvəzlərdir. İlk sırada isə badımcan dayanır.

Davamlı olaraq badımcan yemək orqanizmdə nikotinin miqdarının artmasına səbəb ola bilər. Bir çox insanların badımcan yeyərkən zəhərlənməsinin, yaxud badımcana qarşı allergiyası olmasının səbəbi məhz nikotindir. Ona görə də, mütəxəssislər badımcanı, ən az, həftədə bir dəfə yeməyi məsləhət görür.

 “Nikotini oranizmdən necə xaric etmək olar?” sualının cavabını tapmaq buna görə çətindir. Çünki, nikotin orqanizmdən təmizlənməsə, ağciyərlərin və tənəffüs yollarının sağlamlığından söhbət gedə bilməz. 

Orqanizmdən nikotinin xaric edilməsinə kömək edən, ağciyərləri və tənəffüs yollarını təmizləyən bir çox üsul və vasitələr var.  Bu vasitələrdən biri də GrinTuss`dur. Grintuss siqaret tüstüsünün tərkibindəki zəhərli maddələrin tənəffüs yollarına keçməsinə mane olur. Və  müxtəlif səbəblərdən qaynaqlanan üst tənəffüs yolları problemlərinin həllində əvəzsizdir. 
Grintuss ağciyərləri gücləndirir, tez bir zamanda normal və sağlam nəfəsalmanı bərpa edir. Unutmayın ki, tənəffüs yollarındakı hər bir kiçik problem vücudunuzun oksigensiz qalmasına səbəb ola bilər. 

Siqaretin tərkibindəki kimyəvi birləşmələr  damarlarda da tıxanıqlıq yaradır. Ürək-damar xəstəliklərinin başlanğıcı da zədələnmiş damarlardadır. Grintuss sayəsində  siqaretin orqanizminizə vurduğu zərər ən minimal göstəriciyə enəcək və siz ürək-damar xəstəlikləri riskindən azad olacaqsınız. 

Aboca şirkətinin apardığı araşdırmalar sayəsində GrinTuss`un öskürək zamanı konkret təsiri və effektivlik dərəcəsi müəyyən edilib. Məlum olub ki,  Grintuss öskürəyin müalicəsində yüksək nəticələr əldə etməyə imkan verir.  Yüksək effektivlik və təhlükəsizlik sayəsində son 5 ildə 12 Avropa ölkəsində  9 milyondan çox Grintuss preparatı  satılıb. 
Dərman vasitəsi selikli qişa üzərində qoruyucu  pərdə yaradır  və onun köməyilə selikli qişanı qıcıqlandırıcı maddələrdən təcrid edir. Antioksidant təsirə malikdir; iltihab  prosesində yaranan sərbəst radikalların mənfi təsirini azaldır. Quru öskürək zamanı sinədə yaranan bəlğəmi yumşaldır. Bəlğəm təmizlənəndən sonra isə öskürək dayanır. 

GrinTuss xoş dada malik siropdur, gün ərzində 3-4 dəfə, hər dəfə 1 ölçü qaşığı  istifadə edə bilərsiniz. 

GrinTuss`un uğurunun arxasında yeni müasir  təsir mexanizmi durur. IIa sinfinə məxsus Tibbi Vasitə kimi İtaliyada İstituto Superiore di Sanita tərəfindən (Sertifikatlaşdırma üzrə səlahiyyətli təşkilatın) sertifikat alan GrinTuss böyüklərlə yanaşı, 1 yaşından yuxarı uşaqlar üçün də öskürək əleyhinə ən yaxşı seçimdir. 

Bahadur Seyidov / Demedia.az