Normal adi həyat üçün neçə bank kartı lazımdır?
Bu gün internetdə, təsadüfən qarşıma iki-üç şəkil çıxdı. Sən demə, plastik kartlardan otel tikiblər. Bu şəkillərə baxa-baxa düşündüm. Görəsən, dünyada bank kartlarının sayı nə qədərdir ki, ərinməyib, otel də tikiblər. Google`də qısa bir axtarışdan sonra məlum oldu ki, təkcə 2016-cı ildə dünyada 14 mlrd bank kartı dövriyyədə olub. Proqnozlara görə, 2022-ci ildə bu rəqəm 17 mlrd-a çatacaq. Beləliklə, hər adama 2 dənədən çox kart düşür. Bəs, normal adi həyat üçün neçə kart lazımdır?
Yəqin ki, çoxlarımız pulqabını açanda plastik kartların dəstəsiylə qarşılaşırıq. Maaş kartı, bonuslarımızın toplandığı bonus kartı, kredit kartı, köhnə iş yerinin maaş kartı və sair, və ilaxır... Etiraf edək ki, hamımız hazırda istifadə etmədiyimiz plastik kartları da saxlayırıq; birdən nə vaxtsa lazım olar deyə...
Təsəvvür edin, bir nəfərin nə az, nə çox, düz 30 plastik kartı var. O, hər əməliyyat üçün bu kartlardan birini istifadə edir. Elə buna görə də tez-tez problemlə qarşılaşır. Çoxlu sayda karta sahib olmağın yaratdığı problemlər isə bunlardır:
-Əməliyyatlar və ya ödənişlər zamanı hər kartın balansındakı məbləğ fərqli olur. Çünki, hər kartın ayrı-ayrı tarifləri və ya komission haqqı var. Beləcə, bir də görürsən, bir kartda 2 manat, o biri kartda 1 manat 80 qəpik, bir başqasında da balansda 6 manat 20 qəpik qalır. Sənə isə təcili olaraq 10 manatlıq ödəniş etmək lazımdır. Təbii ki, ayrı-ayrı kartların balansını bir yerə cəmləmək və təcili 10 manatı ödəmək mümkün olmur...
Ən çox rastlanan problemlərdən biri də kartların tariflərini və cashback faizlərini yadda saxlamaqdı. Təsəvvür edin, bir əməliyyatı yerinə yetirmək üçün sizə, ən azı, 5 kartın tarifini xatırlamaq lazım gəlir. Vay o gündən ki, səhv edəsiniz. 1 manat 50 qəpik zənn etdiyiniz komission haqqı əvəzinə balansınızdan 3 manat çıxıldığını görmək heç kimə xoş deyil.
Bu cür problemlərdən yaxa qurtarmaq, vaxtınızı və əsəbinizi qorumaq üçün kartların sayını maksimum ikiyə qədər azaltmaq lazımdır. Yaxşı olardı ki, kart bir dənə olsun. Buna görə də şərtləri sizə uyğun olan və güvənə biləcəyiniz kartı seçin.
Başqa bankın kartını BirBank hesabıma necə əlavə edə bilərəm? Başqa bank kartını BirBank hesabınıza əlavə etmək üçün “kartlarım” bölməsinə keçin. Ekranda gördüyünüz “+” (plyus) düyməsini sıxın. “Bank kartı” bölməsinə keçin və kartın rekvizitlərini daxil edin. Aşağıda “davam etmək” düyməsinə basın. Daxil etdiyiniz bank kartında 3D təhlükəsizlik varsa, kart sahibinə göndərilən sms-i daxil edin. Bu mərhələdə kartın həqiqiliyini yoxlamaq məqsədilə kartdan müəyyən bir məbləğ silinəcək və yenidən əlavə olunacaq. Əgər 3D təhlükəsizlik yoxdursa, kartınız birbaşa olaraq BirBank hesabınıza əlavə olunacaq. Başqa bank kartını BirBank hesabınıza əlavə etmək əməliyyatı uğurla yerinə yetirilib.
Bahadur Seyidov / Demedia.az