Fransanın Qafqaz planı: Vəziyyət dəyişir



 12:13 25.10.2022     749

Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, 6 senatorun hazırladığı qətnamə layihəsi Bakını küncə sıxışdırmaq məqsədi daşıyır:

"Azərbaycan “hərbi cinayətlərdə və insan haqlarının pozulmasında” ittiham olunur;

- Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı edilir;

- Ermənilərin Qarabağa “qayıdış hüququ”, işğaldan azad edilmiş ərazilərdə “erməni mədəni irsinin qorunması” kimi məsələləri özündə ehtiva edir;

Noyabrın 15-də Senatda müzakirəyə çıxarılacaq qətnamənin qəbul edilməsi ehtimalı böyükdür: Fransanın Azərbaycana qarşı mövcud siyasəti, xüsusilə sərhəddə son toqquşmalardan sonra Paris-Bakı xəttində baş verənlər bu gözləntini artırır; qətnamənin müəllifləri arasında Senatda əksər çoxluğa malik olan Sosialist partiyasını təmsil edir və bu, səsvermədə həlledici ola bilər;

Qətnamə qəbul edilsə belə praktiki mərhələdə işləyəcəyi gözləntisi azdır, xüsusilə Avropa üçün həyati əhəmiyyət kəsb edən enerji resursları baxımından. Hərçənd, Fransa bütün körpüləri yandırmaqda israrlı görünür və belə addımlarla Cənubi Qafqazda təsir imkanlarını nə qədər artıra biləcəyi də sual altındadır".

Xəyalə Məmmədova / Demedia.az