"Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib"



 12:47 25.10.2022     585

Kreml bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib, Qarabağ separatçılarına informativ dəstək verirlər.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə, belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib:

"Bütün bunlar varkən, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək, nəsə ortaq bəyanat qəbul ediləcək, ancaq ardı gəlməyəcək. Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki, “Cənubi Qafqaz bizlikdir, buralarda görünməyin”. Ancaq Putinə də deyərlər ki, “Sən get Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”.

Xəyalə Məmmədova / Demedia.az