NATO Rusiyanın iddialarına cavab verdi



 14:57 25.10.2022     374

“Ukraynanın öz torpaqlarında kimyəvi bombadan istifadə edəcəyi barədə iddiaları rədd edirik”. 

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Kiyevin öz torpaqlarında təxribat təşkil edəcəyi iddiaları həqiqətə uyğun deyil. Onun sözlərinə görə, NATO müttəfiqləri Rusiyanın bu iddialarını rədd edir.

Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın öz torpaqlarında kimyəvi silahdan istifadə edərək, günahı Moskvanın üzərinə atacağı barədə iddia irəli sürüb.

Bahadur Seyidov