Rişi Sunakın Baş nazir seçilməsi Hindistanda böyük sevinclə qarşılandı



 15:58 25.10.2022     363

Rişi Sunakın Böyük Britaniyanın Baş naziri seçilməsi Hindistanda da böyük sevinclə qarşılanıb.

Demedia.az xəbər verir ki, buna səbəb Rişi Sunakın Hindistan əsilli olmasıdır. Məlumata görə, Hindistan mediası Rişi Sunakın Baş nazir olması barədə xəbərlər yayımlayıb. Mediada 42 yaşlı Sunakın uğuru ilə bağlı məqalələr dərc edilib.

Qeyd edək ki, Liz Trassın istefasından sonra Baş nazir postunaa bir neçə namizədin iddiaları olsa da, onların hamısı namizədliyini geri çəkib. Tək namizəd qalan Rişi Sunak həm Mühafizəklarlar partiyasının lideri, həm də Britaniyanın Baş naziri olub.

Bahadur Seyidov