"Rusiya aldığı PUA-lar qarşılığında İranın nüvə proqramına dəstək verə bilər”



 16:25 25.10.2022     329

“Rusiya aldığı PUA-lar qarşılığında İranın nüvə proqramına dəstək verə bilər”.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın İrandan təqribən 2 min kamikadze dronu aldığını müəyyən edib. Zelenskinin sözlərinə görə, Ukrayna lazımi müdafiə sistemləri ilə təchiz edilsəydi İranın Rusiyaya dron satmasının əhəmiyyəti olmazdı.

“Rusiya sizcə bunun qarşılığını necə ödəyir? İrana pul ödəyir? Yəqin ki, yox. Bunun qarşılığında Rusiya İranın nüvə proqramına dəstək verəcək” -  Zelenski deyib.

Bahadur Seyidov