Yaponiya hökuməti Haitidəki səfirliyini bağladı



 16:05 25.10.2022     365

Yaponiya hökuməti Haitidəki səfirliyini müvəqqəti bağlayıb.

Demedia.az xəbər verir ki, buna səbəb kimi təhlükəsizlik məsələləri olduğu irəli sürülüb. Məlumata görə, Haitidəki səfirlik işini qonşu Dominikan Respublikasında açılan müvəqqəti ofisində davam etdirəcək. 

Qeyd edək ki, bundan əvvəl Yaponiya vətəndaşlarına Haitiyə səyahət etməmək barədə xəbərdarlıq etmişdi. Haitidə etiraz aksiyaları keçirilir. Nümayişlərdə güc tətbiq edilir.

Bahadur Seyidov