İsveç Türkiyə ilə imzalanmış sənədin şərtlərini yerinə yetirəcək
İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə ilə NATO-ya üzv olmaq üçün imzalanmış sənədin şərtlərini yerinə yetirəcəyini ifadə edib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, yeni hökumət öhdəlikləri yerinə yetirmək üçün çalışacaq. O bildirib ki, İsveç Türkiyənin PKK/YPG terror qruplaşması ilə bağlı narahatlığını qəbul edir. “PKK ilə bağlı məsələdə İsveç hökuməti əsassız davranmayacaq” deyən diplomat, terror qruplaşmalarının İsveçdə fəaliyyət göstərməsinin hüququ olmadığını ifadə edib.
Tobias Billström 3-lü sənəddə yer alan bütün öhdəliklərin yerinə yetirilməsinin önəminə diqqət çəkib.
Bahadur Seyidov