Rusiya nüvə silahından istifadə edərsə, ABŞ cavab verəcək - Dövlət Departamenti
“Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, ağır cavab verəcək”.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Ned Prays belə açıqlama verib. O bildirib ki, nüvə silahından istifadənin region üçün dəhşətli nəticələri olacaq. Sözçü ABŞ-ın cavab addımlarının nədən ibarət olacağı barədə açıqlama verməyib. Xarici KİV-lər iddia edir ki, ABŞ tərəfi nüvə silahından istifadə edəcəyi təqdirdə necə cavab verəcəyini açıq şəkildə Rusiyaya çatdırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden əvvəlki açıqmasında Rusiyanın nüvə silahından istifadə edəcəyinə yaxın olduğunu ifadə etsə də, sonradan Moskvanın nüvə silahına əl atacağına inanmadığını deyib.