İki gündü İTMİŞDİ - İlanın qarnında tapıldı...



 20:02 25.10.2022     492

Daha əvvəllər də oxşar xəbərlərlə gündəmdə yer alan İndoneziyadan dəhşətli xəbər gəlib. 

Demedia.az xəbər verir ki, 17 000-dən çox adanın olduğu təxmin edilən ölkədə ilan hücumu baş verib. 

Cümə günü rezin toplamaq üçün meşəyə gedən qadın geri qayıtmayınca ailəsi və yaxınları təşvişə düşüb.

54 yaşlı Zahara adlı qadın Sumatra adasındakı Cambi ştatında ailəsinin evinin yaxınlığındakı meşədə yoxa çıxıb. Qadının axtarışı rayon rəsmilərinə həvalə edilib. Meşədə axtarış aparan səlahiyyətlilər, iki gün sonra qarnı şişmiş böyük bir ilan tapıblar.

Cənub-Şərqi Asiyada yaşayan böyük ilan növü olan 7 metr uzunluğundakı pərçimli pitonu kəsən səlahiyyətlilər içindən çıxanlardan şoka düşüblər. 

Qadının ilan tərəfindən udulduğu və öldüyü məlum olub.

Aysun / Demedia.az