İran XİN Rusiyaya silah tədarükü barədə iddiaları rədd etdi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ukrayna müharibəsi dövründə Rusiyaya silah tədarük edilməsi barədə iddiaları rədd edib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, İran müharibədən əvvəl Rusiyaya silah tədarük edib. O bildirib ki, İran bundan sonra da Ukrayna müharibəsində istifadə etməsi üçün Rusiyaya silah tədarük etməyəcək. Diplomatın sözlərinə görə, Rusiyanın Ukraynada İran silahlarından istifadə etdiyi təsdiqini tapsa, İran buna səssiz qalmayacaq.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı İranın Rusiyaya 2 min dron satdığını açıqlayıb.
Bahadur Seyidov