Yeni koronavirus araşdırması: Kişilərdə ölüm göstəricisi 50 faiz yüksəkdir



 23:22 25.10.2022     700

ABŞ-da dərc edilən yeni hesabatda COVID-19-dan ölüm nisbətinin kişilərdə ən azı 50 faiz daha çox olduğu ortaya çıxıb.

Demedia.az xəbər verir ki, Milli Səhiyyə Statistikaları Mərkəzi (NCHS) tərəfindən dərc edilən hesabatda, 2020-ci ildə ölkə daxilində toplanan COVID-19 xəstələri ilə bağlı məlumatlar araşdırılıb.

Məlum olub ki, cinslər arasında ən böyük fərq metropolitenlərdə müşahidə olunub. Bu mərkəzi ərazilərdə yaşayan kişilər arasında ölüm nisbəti 78 faiz yüksək olub.

NCHS tədqiqatçıları məlumatları toplanan insanlar arasında yaş fərqlərini də nəzərə alıblar. 65 yaşdan aşağı kişilər üçün ölüm nisbəti qadınlardan təxminən iki dəfə, 65 yaşdan yuxarı kişilərdə isə 50 faizdir.

Ən yüksək ölüm nisbətləri, xüsusən də 65 yaşdan aşağı kişilər üçün ən çox şəhər yerlərində müşahidə edilib. Bu nisbət hər 100 min ölümə 41,5 olaraq təyin olunub.

Eynilə, 65 yaşdan aşağı qadınlar arasında ən yüksək ölüm halları şəhər yerlərində olub. Qadınların nisbəti hər 100 000 ölümə 24,2 təşkil edib.
NCHS tədqiqatçıları hesabatda qadınların daha güclü immun sistemləri kimi bioloji amillərə də toxunublar.

Aysun / Demedia.az