Rusiya Çinin müharibəni dayandırmaq barədə çağırışına əməl edə bilər - Zelenski



 10:28 26.10.2022     330

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hava hücumlarına qarşı İtaliyadan müdafiə sistemləri tələb edib.

Demedia.az xəbər verir ki, o İtaliya ilə münasibətlər barədə danışarkən belə deyib. Zelenski bildirib ki, İtaliyanın yeni Baş naziri Corcia Meloni ilə yaxşı münasibəti var. Zelenski İtaliyaya göstərdiyi dəstəyə görə təşəkkür edib. Ukrayna rəhbəri Çinin Ukrayna ilə müharibədə Rusiyaya hərbi dəstək vermədiyini ifadə edib. Zelenski Çinin mövqeyinin önəmli olduğunu ifadə edib.

Zelenski bildirib ki, Çin müharibəni dayandırmaq barədə çağırış etsə, bu Moskva tərəfindən ciddi qəbul edilə bilər.

Bahadur Seyidov