Rusiya Avropa Birliyinə qarşı sanksiyalar tətbiq etdi
Rusiya Avropa Birliyinə qarşı yeni sanksiyalar tətbiq edib.
Demedia.az xəbər verir ki, buna səbəb Avropa Birliyinin Rusiyaya qarşı 8-ci sanksiya paketini qəbul etməsidir. Rusiyanın tətbiq etdiyi sanksiyalar bəzi avropalı nümayəndələri əhatə edir. Onların Rusiyaya daxil olması qadağan edilib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazilərini ilhaq etməsinə cavab olaraq Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Qadağalar Rusiyanın ticarət sahəsinə və rus neftinin qiymətinə məhdudiyyət tətbiq etməsini nəzərdə tutur.
Bahadur Seyidov