Bayden Rusiyaya xəbərdarlıq etdi
“Rusiyanın Ukraynada taktiki nüvə bombasından istifadə etməsi ciddi səhv olar”.
Demedia.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməsinə ciddi cavab veriləcək. Jurnalistin “Rusiya Ukraynanın kimyəvi bombadan istifadə edəcəyini irəli sürür. Bu, Rusiyanın öz hücumuna hazırlıq aparmaq üçün aldadıcı planı ola bilər?” sualına Bayden belə cavab verib:
“Rusiya taktiki nüvə silahdan istifadə edərsə bu inanılmaz ciddi səhv ola bilər. Sizə indi bunun aldatmaq üçün bir plan olduğunu deyə bilmərəm. Bunu bilmirəm. Amma nüvə silahından istifadə ciddi səhv olar”.
Bahadur Seyidov