"Taxıl sazişi" çox önəmlidir - AÇIQLAMA
"Türkiyə və BMT-nin səyləri nəticəsində imzalanan “taxıl sazişi” qida təhlükəsizliyi üçün çox önəmlidir".
Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının kənd təsərrüfatı məsələləri üzrə nümayəndəsi Janusz Vojciesovski açıqlama verib. O bildirib ki, qida təhlükəsizliyi siyasi gündəmdə ən qabaqcıl məsələdir. Onun sözlərinə görə, Ukrayna taxılının dünya bazarlarına çıxması qida qiymətlərinin sabit qalması baxımından önəmlidir. Məlumata görə, Ukrayna “taxıl sazişi”ndən sonra dünya bazarına ümumilikdə 20 milyon ton kənd təsərrüfatı məhsulu çıxarıb.
Bahadur Seyidov