Rusiya ordusu Xersona əlavə qüvvə cəlb edir
Rusiya ordusu Xersona əlavə qüvvə cəlb edir.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat təşkilatının rəhbəri Kirilo Budanov açıqlama verib. O bildirib ki, Rusiya ordusunun əks-hücum təşkil edəcəyi barədə planları var. Kəşfiyyat rəhbəri Xersonda Rusiya və Ukrayna orduları arasında gərgin döyüşlərin olacağını deyib.
Qeyd edək ki, Ukrayna ordusunun hücumlarından sonra Rusiya ordusu bəzi birliklərini Dnepr çayı sahillərindəki mövqelərindən geri çəkdiyini açıqlamışdı.
Bahadur Seyidov