Ukrayna təxribat təşkil edəcək - Peskov
Rusiya qərbin Ukraynanın öz torpaqlarında kimyəvi silahla təxribat təşkil edəcəyi barədə iddiaları rədd etməsinə münasibət bildirib.
Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın təqdim etdiyi məlumatları rədd etmək kimyəvi bomba barədə təhlükəni ortadan qaldırmır. Peskov bildirib ki, Ukrayna tərəfi öz torpaqlarında kimyəvi silahdan istifadə edə bilər. Məqsəd günahı Rusiyanın üzərinə atmaqdır.
“Belə məlumat var. Məlumat Müdafiə Nazirliklərinin nümayəndələrinə təqdim edildi. İnanıb-inanmamaq onların işidir” - Peskov deyib.
Bahadur Seyidov